Türkiyə millisində baş məşqçi dəyişikliyi: Montellanın yerinə onu gətirirlər

Türkiyə millisində baş məşqçi dəyişikliyi: Montellanın yerinə onu gətirirlər
19.10.2026 18:07 İdman

Türkiyə Futbol Federasiyası (TFF) A Milli Komanda ilə yollarını ayıran italiyalı baş məşqçi Vinçentso Montelladan sonra Sergen Yalçına təklif irəli sürüb.

TodayPress TV türk mediasına istinadən xəbər verir ki, Yalçınla prinsipial razılıq əldə olunub.

TFF İdarə Heyətinin sabah keçiriləcək iclasından sonra Sergen Yalçının namizədliyinin rəsmən açıqlanacağı gözlənilir.

Xatırladaq ki, “Beşiktaş” klubundan ayrılan baş məşqçi Sergen Yalçın daha əvvəl Montellanı tənqid etmişdi:

“Milli komandanın baş məşqçisi olmaq üçün böyük klubun baş məşqçisi olmaqla yanaşı, müəyyən uğur meyarları da olmalıdır. Artıq belə bir şey yoxdur. Montella hansı uğuruna görə milli komandanın baş məşqçisi oldu? Məsələn, onun hansı uğuru var?”

XƏBƏR LENTİ
19 OKTYABR 2026
Bütün Xəbərlər