Haaland qayıdır, Semenyo gedir: “Mançester Siti”də kadr dəyişikliyi!
“Mançester Siti” klubunun futbolçusu Antuan Semenyo dizindən aldığı zədə səbəbindən iki ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
“Şəhərlilər”in baş məşqçisi Enzo Mareska futbolçunun tibbi müayinədən keçdiyini bildirib. İtaliyalı mütəxəssis həmçinin “İpsviç Taun”la matçda zərbə alan Erlinq Haalandın vəziyyətinin yaxşılaşdığını və onun UEFA Çempionlar Liqasının Liqa mərhələsinin III turunda Yunanıstanın AEK klubuna qarşı keçiriləcək görüşdə iştirak edə biləcəyini təsdiqləyib.
Xatırladaq ki, “Mançester Siti” - AEK matçı oktyabrın 20-də baş tutacaq.
Namiq HUN