Gəncə stadionunda anşlaq gözlənilir: Biletlərin yarıdan çoxu satılıb
Azərbaycan Premyer Liqasının XII turunda keçiriləcək “Kəpəz” - “Qarabağ” qarşılaşmasına böyük maraq var.
TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, matç üçün cəmi bir sutka ərzində 8400 bilet satılıb.
Bu, 15 363 tamaşaçı tutumuna malik Gəncə şəhər stadionundakı yerlərin təxminən 55 faizinin artıq satılması deməkdir.
Qeyd edək ki, cari mövsümdə “Kəpəz”in ev oyunlarında ən yüksək azarkeş sayı “Şamaxı” ilə görüşdə qeydə alınıb. Sentyabrın 4-də keçirilən həmin qarşılaşmanı 15 000 tamaşaçı stadiondan izləyib.
Xatırladaq ki, Premyer Liqanın XII turu çərçivəsində noyabrın 22-də baş tutacaq “Kəpəz” - “Qarabağ” matçı saat 17:00-da başlayacaq.