“Gəncə” Avropa Kubokunda məğlub oldu

“Gəncə” Avropa Kubokunda məğlub oldu
18.11.2026 21:56 İdman

"Gəncə" basketbol klubu FIBA Avropa Kubokunda Yunanıstan təmsilçisi "Kolossos"la qarşılaşıb.

TodayPress TV xəbər verir ki, C qrupunun VII turunda rəqibi ilə səfərdə üz-üzə gələn Murat Dikmenin komandası uduzub - 78:79.

Matç Falirakidəki "Kalliteya" zalında keçirilib.

Xatırladaq ki, qrupda daha əvvəl keçirdiyi 6 matçın birində qələbə qazanan Azərbaycamn təmsilçisi 7 xalla sonuncu - altıncı yerdədir. Komanda həmçinin FIBA Avropa Kubokunda səfərdə Bolqarıstanın "Rilski Sportist" klubu ilə keçirilməli olan oyuna getmədiyinə görə texniki məğlubiyyətlə (0:20) cəzalandırılıb.

XƏBƏR LENTİ
19 NOYABR 2026
Bütün Xəbərlər