Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi

Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi
12.11.2025 10:38 İdman

Gəncə şəhərində keçirilən aerobika gimnastikası üzrə gənclər və 15 yaşadək idmançılar arasında Avropa çempionatı başa çatıb. 

TodayPress TV xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışda 20 ölkədən 380 gimnast qitə birinciliyi uğrunda mübarizə aparıb. 

Yarışda gimnastlar fərdi, üçlük, qrup, qarışıq cütlük və aerodans proqramlarında çıxış ediblər.

Yarışların gedişində iştirakçılar texniki bacarıqlarını, sinxronluq və bədii təqdimat səviyyələrini nümayiş etdiriblər. Təsnifat mərhələsinin nəticələrinə əsasən, ən yüksək xal toplayan gimnastlar final mərhələsinə vəsiqə qazanıblar.

Komanda hesabında mükafatlandırma mərasimində gənclər yaş kateqoriyasında ilk üçlüyü İspaniya, İtaliya və Rumıniya komandaları təşkil edib. 

15 yaşadək idmançılar arasında isə güclü trioya Macarıstan, Ukrayna və Litva komandası adını yazdırıb.

Namiq HUN

TodayPress TV 

FOTOLAR

Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi — 1
Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi — 2
Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi — 3
Gəncə Avropa çempionatına uğurla ev sahibliyi etdi — 4
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər