Gənc tennisçilərin böyük mübarizəsi başa çatdı!
Azərbaycan Tennis Federasiyasının təşkilatçılığı ilə keçirilən “ITF Juniors – J60 Baku” beynəlxalq tennis turnirinə yekun vurulub.
TodayPress TV xəbər verir ki, Azərbaycan Tennis Federasiyasının təşkil etdiyi yarış Bakı Tennis Akademiyasında baş tutub.
Turnirdə Azərbaycanla yanaşı, Türkiyə, Qazaxıstan, Gürcüstan, İsrail, Slovakiya, Fransa, Avstraliya, Özbəkistan, Hindistan, Ukrayna, Türkmənistan və Macarıstandan olan idmançılar, həmçinin neytral status altında çıxış edən tennisçilər iştirak ediblər.
Oğlanların fərdi yarışında Kuzey Kerem Bayrak çempion olub. Samuel Şifano isə ikinci yeri tutub.
Qızların fərdi yarışında Polina Kaşitsuna qalib adını qazanıb. Leyla Şahmuradova turniri ikinci pillədə başa vurub.
Oğlanların qoşa yarışında Luka İlesku və Samuel Şifano cütlüyü birinci olub. Aleksandr Burmakin və Mert Efe Zaimdən ibarət duet ikinci yeri tutub.
Qızların qoşa yarışında Lilyen Kubalova və Aleksandra Talina cütlüyü çempion olub. Polina Kaşitsuna və Vladislava Slelina tandemi isə turniri ikinci sırada tamamlayıb.
Namiq HUN