Gənc şahmatçılarımız dünya səhnəsində yeni uğur axtarışında

Gənc şahmatçılarımız dünya səhnəsində yeni uğur axtarışında
17.11.2026 13:10 İdman

Venesuelanın paytaxtı Karakasda 20 yaşadək şahmatçılar arasında dünya çempionatı keçiriləcək.

TodayPress TV xəbər verir ki, noyabrın 18-dən 27-dək təşkil olunacaq mötəbər yarışda Azərbaycanı iki şahmatçı təmsil edəcək.

Turnirdə ölkəmizin idman şərəfini Avropa (U-14) və dünya (U-16) çempionatlarının qalibi Xaqan Əhməd, həmçinin Lalə Hüseynova qoruyacaq.

Azərbaycan təmsilçiləri dünya çempionatında yaşıdları arasında ən güclülərdən biri olmaq uğrunda mübarizə aparacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
20 NOYABR 2026
Bütün Xəbərlər