Gənc idmançımız Avropada böyük rəqiblərə meydan oxudu

Gənc idmançımız Avropada böyük rəqiblərə meydan oxudu
19.02.2026 17:36 İdman

Bolqarıstanda keçirilən qapalı məkanda kamandan oxatma üzrə Avropa çempionatında Azərbaycan idmançısı Fatimə Hüseynli beşinci yeri tutub.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Kamandan Oxatma Federasiyası məlumat yayıb.

Plovdivdə təşkil olunan turnirdə gənclər (U-21) kateqoriyasında çıxış edən Fatimə Hüseynli klassik növdə təsnifat mərhələsini 567 xalla 12-ci pillədə başa vuraraq pley-off mərhələsinə yüksəlib.

Daha sonra 1/4 finalda mübarizəni dayandıran idmançı yekun sıralamada beşinci yeri tutub.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Gənc idmançımız Avropada böyük rəqiblərə meydan oxudu — 1
Gənc idmançımız Avropada böyük rəqiblərə meydan oxudu — 2
Gənc idmançımız Avropada böyük rəqiblərə meydan oxudu — 3
XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər