Gənc güləşçilərimizdən Bolqarıstanda uğurlu start

Gənc güləşçilərimizdən Bolqarıstanda uğurlu start
11.05.2026 14:50 İdman

Bolqarıstanda 17 yaşlı güləşçilər arasında Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Samakov şəhərində keçirilən yarışda Azərbaycanın yunan-Roma güləşi üzrə U-17 millisinin üzvləri də mübarizə aparırlar.

48 kq çəki dərəcəsində çıxış edən Ömər Salmanov çexiyalı Simon Srit üzərində tam üstünlüklü qələbə qazanıb - 8:0. Güləşçimiz bu nəticə ilə yarımfinal mərhələsinə yüksəlib. Salmanov finala vəsiqə uğrunda Macarıstan təmsilçisi Benedek Tomborla qarşılaşacaq.

55 kq çəki dərəcəsində yarışan Qurban Məcnunov da finalın bir addımlığındadır. O, 1/4 finalda ukraynalı Raxman Qamidov üzərində tam üstünlüklü qələbə qazanıb - 11:2. Məcnunov yarımfinal mərhələsində norveçli Abu Bakar Saqa ilə üz-üzə gələcək.

65 kq-da mübarizə aparan Orxan Həbibli 1/4 final mərhələsində rusiyalı Aslan Dzuevə 4:8 hesabı ilə uduzub.

80 kq çəki dərəcəsində çıxış edən Zəka Yusubov 1/4 finalda Ukrayna təmsilçisi Danyil Melniçuka 3:4 hesabı ilə məğlub olub.

110 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Mustafayev isə 1/8 finalda ukraynalı Maksim Sokolyuka uduzaraq turnirlə vidalaşıb.

U-17 Avropa çempionatının yarımfinal görüşləri Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Qeyd edək ki, yarış mayın 17-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər