Gənc boksçularımız Aktauda rinqə çıxır: Çempionluq sınağı başlayır
Azərbaycanın U-23 milli komandası Qazaxıstanda keçiriləcək beynəlxalq boks turnirində mübarizə aparacaq.
TodayPress TV xəbər verir ki, sentyabrın 15-də Aktau şəhərində start götürəcək yarış 5 gün davam edəcək.
U-23 millisinin məşqçisi Elbrus Rzayev beynəlxalq turnirdə 7 boksçunun gücünü yoxlayacaq.
Heyətdə Bilalhəbaşi Nəzərov (50 kq), Zidan Hünbətov (55 kq), Məhəmmədəli Qasımzadə (60 kq), Əli Abdullayev, Ruslan Rüstəmov (hər ikisi 65 kq), Vaqif Hacıyev (70 kq) və Abbasqulu Şadlinski (75 kq) yer alıblar.
Namiq HUN