Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar

Gənc avarçəkənlərimiz Qazaxıstanda tam heyətlə medal qazandılar
02.06.2026 21:20 İdman

Qazaxıstanın Uralsk şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş kayak və kanoe üzrə beynəlxalq reqata başa çatıb.

TodayPress TV xəbər verir ki, yarışa 4 nəfərlik heyətlə yollanan komandamızın bütün üzvləri medal qazanmağı bacarıb.

İkinəfərlik kanoe qayığında mübarizə aparan Vaqif Mustafazadə və Fəxri Sadıqlı 200 metr məsafəyə yürüşlərdə 3-cü yer tutublar.

İkinəfərlik kayak qayığında mübarizə aparan Sənan Cəfərzadə və Tahir Mövsümov cütlüyü 500 metr məsafədə fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Sənan və Tahir 200 metr məsafəyə yarışlarda gümüş medala layiq görülüblər.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər