Fyuridən Usikə sərt mesaj: “Sən öz cavabını alacaqsan”

Fyuridən Usikə sərt mesaj: “Sən öz cavabını alacaqsan”
11.05.2026 17:39 İdman

Tayson Fyuri ukraynalı dünya çempionu Aleksandr Usik ilə üçüncü döyüş keçirmək istədiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yayımladığı videoda bildirib.

Britaniyalı boksçu əvvəlcə həmyerlisi Entoni Coşua üzərində qələbə qazanacağını, daha sonra isə Usiklə revanşa çıxmaq niyyətində olduğunu deyib:

“Coşuanı məğlub etdikdən sonra onun müəllimini istəyirəm. “Dovşan”la revanş istəyirəm. Londonda, Las-Veqasda və ya Nyu-Yorkda – fərqi yoxdur. Sənə söz verirəm, “Dovşan”, cavabını alacaqsan”.

Qeyd edək ki, Aleksandr Usik 2024-cü ildə Tayson Fyurini iki dəfə məğlub edib. Fyuri ilə Entoni Coşua arasında döyüşün isə 2026-cı ilin son rübündə keçirilməsi planlaşdırılır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər