Futzal millimiz Liviya yığmasına qalib gəldi

Futzal millimiz Liviya yığmasına qalib gəldi
04.11.2025 20:10 İdman

Futzal üzrə Azərbaycan millisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunlarında ilk görüşünü keçirib.

TodayPress TV xəbər verir ki, Liviya yığması ilə matç komandamızın 5:4 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Fərid Abbasov het-trik, Mirzə Əmirov dubl edib.

Futzalçılarımız növbəti oyununu noyabrın 6-da Özbəkistan yığmasına qarşı keçirəcək.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər