Futbolun daha bir ulduzu butslarını mismardan asdı
İspaniyalı yarımmüdafiəçi Xuan Mata futbolçu karyerasını başa vurub.
TodayPress TV xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
“Bəzən sevmək ayrılmağı bacarmaq deməkdir. Təşəkkürlər, futbol”, – deyə Mata paylaşımında bildirib.
Karyerası ərzində çoxsaylı titullara sahib olan ispaniyalı futbolçu 2010-cu ildə dünya çempionu, 2012-ci ildə isə Avropa çempionu olub. O, həmçinin 2012-ci ildə UEFA Çempionlar Liqasının, 2013 və 2017-ci illərdə isə UEFA Avropa Liqasının qalibi adını qazanıb.
Mata karyerası ərzində “Real Madrid”in ikinci komandası, “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”, “Qalatasaray”, “Vissel Kobe”, “Vestern Sidney Uonderers” və “Melburn Viktori” klublarında çıxış edib.
İspaniya millisinin heyətində 41 oyun keçirən yarımmüdafiəçi 10 qola imza atıb.
Namiq HUN