Futbol əfsanəsinə dəvət: Skaloni Messini komandada görmək istəyir
Argentina millisinin baş məşqçisi Lionel Skaloni əfsanəvi futbolçu Lionel Messinin 2030-cu il dünya çempionatına qədər yığmanın məşqçilər korpusuna dəvət olunması ehtimalı ilə bağlı fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Motivaciones Fútbol” nəşri “X” sosial şəbəkəsində paylaşım edib.
Mütəxəssis Messinin məşqçi kimi milli komandaya qoşulması ilə bağlı suala maraqlı cavab verib:
“Messi 2030-cu ilə qədər məşqçilər korpusunda? Düşünürəm ki, o, 2030-cu ildən sonra da futbol oynamağa davam edəcək. Amma indi Valter Samuel komandadan ayrıldığı üçün Messi nə vaxt istəsə, onu burada görməkdən məmnun olarıq”, – deyə Skaloni gülərək bildirib.
Qeyd edək ki, Skaloni daha əvvəl Argentina Futbol Assosiasiyası ilə müqaviləsini 2030-cu ilə qədər uzadıb.
Xatırladaq ki, 39 yaşlı Lionel Messi oktyabrın 7-də Argentina millisinin heyətində vida matçına çıxıb. Həmin qarşılaşmada argentinalılar Benini 3:0 hesabı ilə məğlub ediblər. Messi görüşdə bir qol vurub və iki məhsuldar ötürmə ilə yadda qalıb.
Ulduz futbolçu Argentina millisində debütünü 2005-ci il avqustun 17-də Macarıstanla yoldaşlıq oyununda edib. Milli komandada çıxış etdiyi müddətdə Messi 2022-ci ildə dünya çempionu olub, həmin il Finalissimada qalib gəlib. O, həmçinin 2021 və 2024-cü illərdə Amerika Kubokunu qazanıb.
Namiq HUN