Futbol dünyasında yeni fenomen: Haaland bütün rekordları alt-üst edəcək!
“Liverpul”un və İngiltərə millisinin keçmiş müdafiəçisi Ceymi Karrager “Mançester Siti”nin hücumçusu Erlinq Haalandın məhsuldarlığı barədə fikirlərini bölüşüb.
TodayPress TV xəbər verir ki, o, bu barədə “CBS Sports”a danışıb.
“Haalandın 1000 qol vurmayacağını və ya bütün dövrlərin ən yaxşı bombardiri olmayacağını sadəcə təsəvvür edə bilmirəm. Məhsuldarlıq və statistika baxımından belə bir şey görməmişəm - bu, hər matçda təkrar olunur. Lakin bunu davamlı etdiyi üçün artıq qeyri-adi görünmür.
O, Çempionlar Liqasının səfər oyununda iki qol vurdu - bunu başqa bir hücumçu etsəydi, böyük hadisə olardı. Burada isə hər şey adi hal kimi qarşılanır. Sonda onun tarixin ən böyük bombardiri olacağından və hər kəsdən çox qol vuracağından başqa bir ssenari görmürəm”, – deyə Karrager bildirib.
Norveçli hücumçu UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda “Portu”ya qarşı keçirilən səfər matçında (2:0) dubl edib.
Namiq HUN