Fransalı hücumçu Bakıya gəlməyəcək
Fransa yığma komandasının futbolçusu Kolo Muani DÇ-2026-nın seçmə mərhələsində Ukrayna və Azərbaycan yığmalarına qarşı matçlarda iştirak etməyəcək.
TodayPress TV xəbər verir ki, hücumçu çənəsini zədələyib.
“Tottenhem” klubunun forvardı “Mançester Yunayted”lə (2:2) Premyer Liqanın XI turunun oyununda xəsarət alıb.
Həkim müayinəsi zamanı Kolo Muaninin çənəsində sınıq aşkarlanıb.
Namiq HUN