FPF Ronaldunu müdafiə edəcək

FPF Ronaldunu müdafiə edəcək
15.11.2025 16:53 İdman

Portuqaliya Futbol Federasiyası (FPF) milli komandanın kapitanı Kriştianu Ronaldunun DÇ-2026-nın seçmə mərhələsində İrlandiya ilə oyunda (2:0) qırmızı vərəqə alması ilə bağlı şikayət edəcək.

TodayPress TV “Record” nəşrinə istinadən xəbər verir ki, hücumçu 2-3 oyunluq cəzalandırıla bilər. 

Bu isə onun DÇ-2026-nın final mərhələsinin ilk turlarını buraxmaq riski ilə nəticələnəcək. 

FPF FIFA-ya futbolçunun cəzasının yüngülləşdirilməsi lehinə arqumentlər təqdim edəcək. 

Kriştianu Ronaldu seçmə mərhələ matçında irlandiyalı müdafiəçi Dara Oşiyi dirsəklə vurduğuna görə qırmızı vərəqə alıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər