“Formula-1”də titul proqnozu: Marko “Mercedes” duetini göstərdi

“Formula-1”də titul proqnozu: Marko “Mercedes” duetini göstərdi
14.04.2026 15:19 İdman

Helmut Marko “Formula-1” mövsümündə çempionluq mübarizəsinin “Mercedes” pilotları arasında həll olunacağını bildirib.

TodayPress TV xəbər verir ki, o, bu barədə ORF-yə danışıb. 

“Red Bull Racing”in keçmiş müşaviri Andrea Kimi Antonellinin cari “Formula-1” mövsümündə çıxışını yüksək qiymətləndirib:

“Onun vəziyyəti çox sevindiricidir. O, gənclər seriyalarında inanılmaz sürətli idi və indi də özünü göstərməsi xoşdur. Amma əsas sual mövsüm boyu bu sürəti saxlayıb-saxlamayacağıdır. Rassell daha təcrübəlidir. Ötən il Avropa mərhələlərindən sonra Antonellinin performansında ciddi eniş oldu. Komanda daxilində gərginlik olacaq, çünki çempionluq mübarizəsi əsasən “Mercedes” pilotları arasında gedəcək”, – deyə Helmut Marko bildirib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər