“Formula-1”də diqqətçəkən proqnoz: Hemilton yenə favorit?

İdman

19.02.2026 16:08

“Uilyams” komandasının tailandlı pilotu Aleks Albon yeni nəsil “Formula-1” bolidləri ilə bağlı fikirlərini bölüşüb. 

TodayPress TV “Uilyams”ın mətbuat xidmətinə istinadən xəbər verir ki, texniki dəyişikliklər ən çox Lyuis Hemiltonun üslubuna uyğun gələ bilər.

Albonun sözlərinə görə, yeni bolidlər əvvəlkilərlə müqayisədə daha yüngül olacaq və bu, müəyyən pilotlara əlavə üstünlük verə bilər. O qeyd edib ki, Hemilton döngələri qısa trayektoriya ilə keçməsi və çıxış sürətindən çox döngənin daxilinə fokuslanan tərzi ilə fərqlənir. Bu xüsusiyyətlər yeni bolidlərin texniki xüsusiyyətlərinə uyğun hesab olunur.

Qeyd edək ki, hazırda “Formula-1”in mövsümöncəsi son testləri Bəhreyndə keçirilir. Komandalar bolidlərdəki yeni texniki dəyişiklikləri fevralın 20-dək davam edəcək testlərdə real şəraitdə yoxlayırlar.

Namiq HUN

TodayPress TV

tag: Uilyams,Aleks Albon,F-1,Pilot,Todaypress.tv,