“Formula-1” əfsanəsi yenidən özünü sübut edir!
“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton 2026-cı il mövsümündəki uğurlu çıxışı fonunda hisslərini bölüşüb.
TodayPress TV xəbər verir ki, bu barədə “Sky Sports” portal məlumat yayıb.
“Ferrari” komandasının britaniyalı pilotu bildirib ki, hazırda insanlara öz səviyyəsini yenidən göstərməli olduğu bir dövr yaşayır.
“Hazırda elə bir mərhələdəyəm ki, insanlara kim olduğumu xatırlatmalı oluram. Azarkeşlərim ötən il bunu etməyimi istəyirdilər, mən də indi hər yarış həftəsonu səhnəyə çıxaraq bunu göstərməyə çalışıram. Komandada mənə yenidən sevgi ilə yanaşmaları çox xoşdur. Onlar mənə və məni transfer etmək qərarlarına inanırlar. Buna görə çox xoşbəxtəm”, – deyə Hemilton bildirib.
41 yaşlı pilotun sözlərinə görə, komandanın ona olan etimadı və dəstəyi motivasiyasını daha da artırır.
Qeyd edək ki, Lyuis Hemilton hazırda “Formula-1” üzrə şəxsi hesabda 90 xalla ikinci pillədə qərarlaşıb.
Namiq HUN