Florentino Peres “Real”dan ayrılmaq niyyətindədir

Florentino Peres “Real”dan ayrılmaq niyyətindədir
15.11.2025 10:16 İdman

“Real Madrid” klubunun prezidenti Florentino Peres 2026-cı ildə postunu tərk etməyi planlaşdırır. 

TodayPress TV xəbər verir ki, bu barədə insayder Pepe Alvares məlumat yayıb.

Bildirilir ki, futbol funksioneri klub üzvlərinin referenduma dəstək verib-verməməsindən asılı olmayaraq hakimiyyətin nizamlı şəkildə ötürülməsini istəyir.

Qeyd edək ki, “Real Madrid” klubunun prezidenti Florentino Peresin səlahiyyət müddəti 2028-ci ilə qədərdir. 

Xatırladaq ki, 78 yaşlı Peres 2000-ci ildən fasilələrlə “kral klubu”nun prezidenti olub. Onun fəaliyyəti dövründə klub 37 kubok qazanıb, o cümlədən yeddi dəfə Çempionlar Liqasının baş mükafatına sahib çıxıb. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər