Flik “Real”ı məğlub etdikdən sonra böyük planı açıqladı

İdman

11.05.2026 10:08

Hans-Diter Flik mövsümün qalan hissəsi üçün “Barselona”nın əsas hədəfini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb. 

Almaniyalı mütəxəssis La Liqanın XXXV turunda “Real Madrid” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra komandasının mövsümü 100 xalla başa vurmaq istədiyini bildirib:

“Çoxlu zədələrimiz oldu, müxtəlif hadisələr yaşandı. Düşünürdüm ki, ikinci il daha çətin keçəcək. Amma fantastik səviyyədə çıxış etdik. Çox qol vurmadıq, lakin müdafiədə, xüsusilə mövsümün sonunda daha yaxşı oynadıq. Bu qədər gənc futbolçunu görmək inanılmazdır. Qarşıda üç oyunumuz qalıb və biz 100 xal toplamaq istəyirik”.

Qeyd edək ki, “Real” üzərində qələbədən sonra vaxtından əvvəl İspaniya çempionu olan Kataloniya təmsilçisi 91 xalla turnir cədvəlinin lideridir. 

Namiq HUN

TodayPress TV

tag: Barselona,Hans-Diter Flik,Real Madrid,Qələbə,Todaypress.tv,