“Flamengo” Seriya A titulunu qazandı
“Flamengo” Braziliya çempionatının başa çatmasına bir tur qalmış çempionluğunu rəsmiləşdirib.
TodayPress TV xəbər verir ki, Rio-de-Janeyro təmsilçisi Seriya A-nın XXXVII turunda Fortalezanın “Seara” klubu üzərində 1:0 hesablı qələbə qazanıb.
Samuel Linonun “Marakana” stadionunda vurduğu yeganə qol “Flamengo”ya erkən çempionluq qazandırıb.
Qeyd edək ki, bu uğurdan sonra aktivini 78 xala yüksəldən “Flamengo” ən yaxın izləyicisi “Palmeiras”ı 5 xal qabaqlayır.
Namiq HUN