Fiqurlu konkisürmə üzrə dünya mükafatçısı idman karyerasını bitirdi

İdman

09.03.2026 17:52

Fiqurlu konkisürmə üzrə dünya çempionatının mükafatçısı, yaponiyalı Vakaba Higuti aktiv idmanla vidalaşıb. 

TodayPress TV xəbər verir ki, o, sosial şəbəkələrdə idman karyerasını başa vurduğunu açıqlayıb.

Higuti yazıb:

“22 il buz üzərində fəaliyyət göstərdikdən sonra karyeramı bitirirəm. Bu gün, 9 mart – Minnətdarlıq Günüdür. Bu müddət ərzində yanımda olan hər kəsə təşəkkür etmək istəyirəm. Mənə böyük dəstək göstərdiyiniz üçün təşəkkür edirəm. İndi həm fiqurlu konkisürmədə, həm də həyatımda yeni mərhələ başlayır. İstəyirəm ki, buz şoularında maraqlı proqramlar göstərməyə davam edim. Eyni zamanda yeni çağırışları qəbul etmək istəyirəm və ümid edirəm ki, bundan sonra da mənə dəstək olacaqsınız”.

Xatırladaq ki, 2022-ci ilin Pekin Olimpiadasında Higuti dördüncü olub. Yaponiya milli komandasının heyətində isə Vakaba Higuti 2022-ci il oyunlarında komanda yarışlarında gümüş medal qazanıb.

Namiq HUN

TodayPress TV

tag: Fiqurlu konkisürmə ,Vakaba Higuti,Karyera,Çempion,Todaypress.tv,