"Fiorentina" yeni baş məşqçisini açıqladı

"Fiorentina" yeni baş məşqçisini açıqladı
07.11.2025 23:40 İdman

İtaliyanın "Fiorentina" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

TodayPress TV xəbər verir ki, Florensiya təmsilçisini Paolo Vanoli çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

53 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Paolo Vanolinin son iş yeri "Torino" olub. "Fiorentina" isə Stefano Pioli ilə yollarını ayırıb.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər