“Fiorentina” Piolini istefaya göndərdi
“Fiorentina” klubu baş məşqçi Stefano Pioli ilə yollarını ayırıb.
TodayPress TV xəbər verir ki, Florensiya təmsilçisini müvəqqəti olaraq Daniele Qalloppa çalışdıracaq.
Qeyd edək ki, Pioli “Fiorentina”ya 2025-ci ilin iyulundan rəhbərlik edirdi. A Seriyasında keçirdiyi 10 oyunda qələbəyə həsrət qalan komanda 4 heç-heçəyə nail ola bilib. Hesabında 4 xalı olan “Fiorentina” İtaliya çempionatında turnir cədvəlinin sonuncu - 20-ci pilləsində qərarlaşıb.
Namiq HUN