Final oyunu qalmaqalla bitdi: hakim 23 futbolçunu qovdu

Final oyunu qalmaqalla bitdi: hakim 23 futbolçunu qovdu
09.03.2026 15:30 İdman

Braziliyanın “Kruzeyro” və “Atletiko Mineyro” futbol klubları arasında keçirilən “Liga Mineyro” turnirinin final matçı kütləvi dava ilə yadda qalıb. 

TodayPress TV xəbər verir ki, “Kruzeyro”nun 1:0 hesabı ilə öndə olduğu matçın bitməsinə az qalmış rəqib komandanın qolkiperi ilə yerli futbolçu arasında qarşıdurma yaşanıb.

Gərginlik qısa müddətdə meydanda kütləvi davaya çevrilib və hər iki komandanın futbolçuları insidentə qoşulub.

Matçın baş hakimi qarşıdurmadan sonra 23 futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb.

Qeyd edək ki, tətbiq olunan cəzalar yalnız “Liga Mineyro” turnirinə şamil olunacaq. Cəzalanan oyunçular Braziliya çempionatının oyunlarında meydana çıxa biləcəklər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər