FIFA Series yaxınlaşır: Azərbaycan millisinin rəqibləri məlumdur

FIFA Series yaxınlaşır: Azərbaycan millisinin rəqibləri məlumdur
17.02.2026 16:51 İdman

“FIFA Series – 2026” beynəlxalq turnirinin təqvimi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, Azərbaycanda keçiriləcək turnirdə Azərbaycan, Syerra-Leone, Oman və Sent Lusiya milliləri iştirak edəcəklər. 

Yarışın ilk oyunları martın 27-də baş tutacaq. Həmin gün keçiriləcək qarşılaşmaların qalibləri martın 30-da finalda üz-üzə gələcək, məğlub komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.

Turnirin təqvimi:

27 mart

15:00 - Oman - Syerra-Leone (“Dalğa Arena”)

19:00 - Azərbaycan - Sent Lusiya (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

30 mart

15:00 - 3-cü yer uğrunda oyun (“Dalğa Arena”)

19:00 - Final (Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu)

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər