FIFA ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqladı

FIFA ilin ən yaxşı futbolçusu mükafatına namizədlərin siyahısını açıqladı
06.11.2025 23:30 İdman

FIFA 2025-ci ilin yekunlarına əsasən ən yaxşı futbolçu mükafatına namizədlərin siyahısını açıqlayıb.

TodayPress TV xəbər verir ki, siyahını qurumun mətbuat xidməti yayıb.

Namizədlər siyahısına 11 futbolçunun - Usman Dembele, Əşrəf Hakimi, Nuno Mendes, Vitinya (hamısı PSJ, Fransa), Harri Keyn ("Bavariya", Almaniya), Kilian Mbappe ("Real", İspaniya), Koul Palmer ("Çelsi", İngiltərə), Pedri, Rafinya, Lamin Yamal (hamısı "Barselona", İspaniya) və Məhəmməd Salahın ("Liverpul", İngiltərə) adları daxil edilib.

Qeyd edək ki, ötən il mükafatı "Real"ın braziliyalı hücumçusu Vinisius qazanmışdı.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər