FIFA futbol dünyasını yenə təəccübləndirdi

İdman

09.05.2026 13:45

FIFA DÇ-2026 üçün qeyri-adi qərar qəbul edib. 

TodayPress TV xəbər verir ki, “The Athletic” nəşrinin məlumatına görə, turnirdə ümumilikdə üç ayrı açılış mərasimi təşkil olunacaq.

ABŞ, Kanada və Meksikada keçiriləcək mundialda, hər ev sahibi ölkədə ilk oyundan əvvəl xüsusi açılış proqramı təşkil olunacaq.

Məlumata görə, hər ölkədə yerli məşhur sənətçilərin çıxışı planlaşdırılır. Amerika Birləşmiş Ştatlarında Keti Perri, Kanadada Maykl Buble, Meksikada isə Mana qrupu arenaya çıxacaq. Bu addım FIFA-nın turniri daha geniş şou formatında təqdim etmək planının bir hissəsi kimi qiymətləndirilir.

Namiq HUN

TodayPress TV 

tag: FIFA,DÇ-2026 ,Mundial, Keti Perri,Todaypress,