FIFA dünya çempionatı üçün VAR qaydalarını yeniləyir
İdman
02.12.2025 11:36
VAR sistemi DÇ-2026-da daha çox səlahiyyətə malik olacaq.
TodayPress TV xəbər verir ki, bu barədə “The Times” nəşri məlumat yayıb.
Bildirilib ki, FIFA-nın məqsədi dünya çempionatındakı oyunların nəticəsinə təsir edə biləcək aşkar səhvlərdən yayınmaqdır.
Təklif olunan yeni qaydalar:
- futbolçuya göstərilən ikinci sarı vərəqədən sonra VAR epizoda müdaxilə edəcək, bununla da hakimlərin mümkün səhvini sığorta edərək yersiz qırmızı vərəqədən qaçmaq mümkün olacaq;
- mundialda mübahisəli künc zərbələri zamanı VAR-a müraciət olunacaq, nəticədə səhv künc zərbəsi qərarına görə, müdafiə olunan komandanın qapısı qarşısında haqsız yerə təhlükə yaranmayacaq.
Təklif olunan dəyişikliklərin Beynəlxalq Futbol Assosiasiyası Şurasının (IFAB) yanvarda keçiriləcək İllik İşgüzar Görüşündən əvvəl təqdim ediləcəyi gözlənilir.
Namiq HUN
tag: FİFA,VAR,Sistem,Qayda,Todaypress.tv,
