FIFA-dan yeni siyahı: millimizin mövqeyi dəyişdi!
Azərbaycan millisi FIFA reytinqində iki pillə geriləyib.
TodayPress TV xəbər verir ki, FIFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
Yenilənmiş siyahıya əsasən, Azərbaycan yığma komandası iki pillə geriləyərək 1132,00 xalla 126-cı sırada qərarlaşıb.
Baş məşqçi Ayxan Abbasovun rəhbərlik etdiyi komandanın UEFA Millətlər Liqasındakı rəqiblərindən Litva 1056,85 xalla 149-cu, Lixtenşteyn isə 797,70 xalla 206-cı pillədə yer alıb.
Reytinq cədvəlinə son dünya çempionu Argentina millisi 1877,27 xalla başçılıq edir. İlk üçlüyü İspaniya və Fransa milliləri tamamlayır.
Namiq HUN