FIDE-dən Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət

İdman

12.11.2025 13:22

Beynəlxalq Şahmat Federasiyası (FIDE) 2026-2027-ci illərdə dünya üzrə ən mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısını açıqlayıb. 

TodayPress TV xəbər verir ki, yüksək kateqoriyalı hakimlər siyahısında dünyadan 24 ədalət təmsilçisi yer alıb. 

Bu hakimlərdən 13-ü Avropa ölkələrini təmsil edir. Yüksək kateqoriyalı hakimlərin sıralamasında Azərbaycan da var. Mötəbər şahmat yarışlarını idarə edəcək hakimlərin siyahısına ölkəmizdən İlahə Qədimovanın adı daxil edilib. 

Qeyd edək ki, Azərbaycan Şahmat Federasiyasının baş katibi olan İlahə Qədimova cari ildə bir sıra mötəbər yarışlarda işləyərək hakim fəaliyyətini davam etdirib. FIDE tərəfindən xüsusi kateqoriyada onun adının qeyd olunması Azərbaycan şahmat hakimliyinə verilən yüksək qiymət və edimad sayılır.  

Xatırladaq ki, dünya şahmatının ən tanınmış hakimlərindən biri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovdur. 60 ildən çox yarışlarda ədalət təmsilçisi olan F.Həsənovun adı ən uzun müddətli şahmat hakimi kimi “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Namiq HUN

TodayPress TV

tag: Beynəlxalq Şahmat Federasiyası (FIDE),Yüksək kateqoriyalı hakimlərin sıralaması,Azərbaycan şahmat hakimliyi,Şahmat ,Todaypress.tv,