FIBA Avropa Kuboku: "Gəncə" Türkiyə təmsilçisinə uduzdu

FIBA Avropa Kuboku: "Gəncə" Türkiyə təmsilçisinə uduzdu
12.11.2026 21:38 İdman

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununu keçirib.

TodayPress TV xəbər verir ki, C qrupunda VI turda Türkiyənin "Esenler Erokspor" klubunu qəbul edən Azərbaycan təmsilçisi rəqibinə uduzub - 66:97.

Görüş Gəncə İdman Sarayında keçirilib.

Xatırladaq ki, "Gəncə" daha əvvəl Rumıniyanın "Universitatiya" (96:105), Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib. "Gəncə" "Rilski Sportist" (Bolqarıstan) ilə dueldə texniki məğlubiyyətlə (0:20) üzləşib.

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər