Ağ Ev və Təl-Əviv arasında "cəhənnəm mübahisəsi" - Netanyahu müharibə istəyir?

Ağ Ev və Təl-Əviv arasında "cəhənnəm mübahisəsi" - Netanyahu müharibə istəyir?
13.11.2026 00:12 Dünya

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail hərbçilərini İranla hərbi əməliyyatların mümkün bərpasına hazırlaşmağın zəruriliyi barədə xəbərdar edib.

TodayPress TV İsrailin “Kan 11” telekanalına istinadən xəbər verir ki, son günlər ABŞ-da olan İsrail hərbçilərinə müvafiq xəbərdarlıqlar çatdırılıb. Oxşar məlumatlar hərbi kanallar vasitəsilə İsrailə və Fars körfəzi ölkələrinə də ötürülüb.

Qeyd olunur ki, bu məlumatlar ABŞ Prezidenti Donald Trampın İranla hərbi kampaniyanın bərpasına ehtiyac görmədiyi barədə son açıqlamaları ilə ziddiyyət təşkil edir.

Eyni zamanda, İsrail mediası Baş nazir Benyamin Netanyahunun hakimiyyətdə qalmaq məqsədilə İranla müharibənin bərpasını nəzərdən keçirdiyini bildirir. Həmçinin bu məsələ ilə bağlı Tramp və Netanyahu arasında fikir ayrılıqlarının olduğu qeyd olunur.

Gültac Mehdizadə

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər