ABŞ İrandakı iki bölgəyə raket zərbələri endirib - TƏCİLİ

ABŞ İrandakı iki bölgəyə raket zərbələri endirib - TƏCİLİ
12.11.2026 23:18 Dünya

ABŞ qüvvələrinin İranın cənubundakı Hörmüzqan vilayətinə zərbələr endirdiyi bildirilir.

TodayPress TV xəbər verir ki, ABŞ qüvvələri Hörmüzqan vilayətinin sahilyanı Sarkhur Tahruyi bölgəsinə iki zərbə endirib.

Məlumata görə, İranın “IRNA” dövlət xəbər agentliyi rəsmi mənbələrə istinadən Sirik rayonunda yerləşən bəzi ərazilərin də bir neçə dəqiqə əvvəl ABŞ raketlərinin hədəfinə çevrildiyini açıqlayıb.

Zərbələrin endirildiyi ərazilər hərbi xarakter daşıyır. Hədəflər və mümkün dağıntılar barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Zəhra Məmmədova



XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər