ABŞ-də neft ehtiyatları kəskin artdı - Dünya bazarında qiymətlər bahalaşır?

ABŞ-də neft ehtiyatları kəskin artdı - Dünya bazarında qiymətlər bahalaşır?
12.11.2026 22:51 Dünya

ABŞ-də kommersiya neft ehtiyatları 4,7 milyon barel artıb.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 6-na olan məlumata görə, ölkənin kommersiya neft ehtiyatları həftə ərzində 4,7 milyon barel artaraq 414,4 milyon barelə çatıb.

Nazirlikdən qeyd olunub ki, hazırkı ehtiyat həcmi son beş ilin orta göstəricisindən 4 faiz aşağıdır.

Məlumata görə, Londonun ICE birjasında 2027-ci ilin yanvar ayında çatdırılma üçün Brent markalı neftin fyuçerslərinin qiyməti 1,25 faiz artaraq bir barel üçün 93,92 dollar olub.

WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə 0,66 faiz yüksələrək bir barel üçün 87,1 dollara çatıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər