Finlandiya rusiyalılara qapıları bağlayır: İdmançılar da qadağaya düşdü

Finlandiya rusiyalılara qapıları bağlayır: İdmançılar da qadağaya düşdü
13.11.2026 03:42 Dünya

Finlandiya Rusiyadan gələn şəxslərin ölkəyə giriş qaydalarını sərtləşdirir. Yeni məhdudiyyətlər peşəkar idmançılara da şamil olunacaq.

TodayPress TV xəbər verir ki, bu barədə Finlandiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, noyabrın 16-dan etibarən 90 günədək davam edən işgüzar səfərlərə yeni qaydalar tətbiq ediləcək.

Yeni tələblərə əsasən, Finlandiyaya yalnız fəaliyyəti ölkənin milli maraqları baxımından kritik əhəmiyyət daşıyan şəxslərin girişinə icazə veriləcək.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər