“Mercedes-Benz” vətənini “tərk edir”: Zavodlar bağlana bilər

“Mercedes-Benz” vətənini “tərk edir”: Zavodlar bağlana bilər
12.11.2026 23:56 Dünya

Almaniyanın avtomobil nəhəngi Mercedes-Benz ölkədəki istehsal müəssisələrinə yeni investisiyaları dayandırmağı və bəzi zavodlarını bağlamağı nəzərdən keçirir.

TodayPress TV  xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilib ki, şirkət rəhbərliyi əməkhaqqı xərclərinin azaldılması ilə bağlı istehsalat şurası və həmkarlar ittifaqlarının nümayəndələri ilə razılığa gələ bilmədikdən sonra Almaniyadakı istehsala yeni investisiyaları dondurmaq qərarına gəlib.

Şirkətdən qeyd olunub ki, Almaniyadakı bəzi müəssisələrdə bir iş saatının dəyəri konsernin Şərqi Avropadakı zavodlarından beş dəfə yüksəkdir.

Bu vəziyyət fonunda Mercedes-Benz Almaniyadakı istehsal müəssisələrinin gələcəyini yenidən nəzərdən keçirir.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər