“Putinə inandı, indi də Si Cinpinə inanacaq” - Trampa sərt sözlər

“Putinə inandı, indi də Si Cinpinə inanacaq” - Trampa sərt sözlər
12.11.2026 21:46 Dünya

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton Donald Trampın Çin lideri Si Cinpinlə gözlənilən görüşü zamanı “Nvidia” şirkətinin qurucusu ətrafındakı qalmaqalla bağlı necə davranacağını proqnozlaşdırıb.

TodayPress TV xəbər verir ki, Klintonun sözlərinə görə, Tramp Si Cinpinə Vladimir Putinlə söhbətində olduğu kimi, deyilənlərin doğru olub-olmadığını soruşacaq.

O, Çin liderinin isə bunu inkar edərək Trampa heç vaxt belə bir addım atmayacaqlarını söyləyəcəyini ehtimal edib.

Klintonun fikrincə, Tramp bundan sonra jurnalistlərin qarşısına çıxaraq Si Cinpinin ona deyilənlərin doğru olmadığını təsdiqlədiyini bildirəcək.

Beləliklə, keçmiş dövlət katibi Trampın Çin liderinin cavabına asanlıqla inanacağını istehza ilə ifadə edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
13 NOYABR 2026
Bütün Xəbərlər