FFS onu dələduzluğa görə yarışlardan kənarlaşdırdı

FFS onu dələduzluğa görə  yarışlardan kənarlaşdırdı
07.11.2025 12:43 İdman

Fransalı biatlonçu, dünya çempionu Jüli Simon dələduzluğa görə yarışlardan kənarlaşdırılıb.

TodayPress TV xəbər verir ki, bu barədə Fransa Xizək İdmanı Federasiyasının (FFS) İntizam Komitəsi məlumat yayıb.

O, 5-i şərti olmaqla 6 ay müddətinə bütün yarışlardan uzaqlaşdırılıb. 

Jüli Simon 2021-2022-ci illər arasında onlayn alış-veriş üçün iki komanda yoldaşının kartını oğurlayıb. O, buna görə oktyabr ayında üç aylıq şərti həbs cəzası alıb, həmçinin 15 min avro məbləğində də cərimələnib.

Qeyd edək ki, 29 yaşlı biatlonçu estafet yarışları üzrə 10 qat dünya çempionudur.

Namiq HUN

TodayPress TV 

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər