Fettel: “Hazırda həyatımdan razıyam”
Sebastian Fettel “Formula-1”ə qayıtmaq ehtimalını şərh edib.
TodayPress TV xəbər verir ki, almaniyalı dördqat dünya çempionu bu barədə “Sky Sports”a danışıb:
“Bu mövzuda çox danışılıb. Helmut Marko ilə bir qədər danışdım, amma nəticəsi olmadı.
Hazırda həyatımdan tamamilə razıyam. “Formula-1”i sevirəm. Əvvəlcə izləyəcəyimdən əmin deyildim, çünki məsafə saxlamağa ehtiyacım vardı. Amma indi yarışları izləyirəm, maraqlı olur, çünki bu idmanı sevirəm”.
Qeyd edək ki, Fettel əvvəllər Braziliyada ağac rəsmləri ilə qeyri-adi bir ekoloji layihəsini təqdim edib.
Namiq HUN