Ferstappendən “Formula-1” kulisləri barədə sərt mesajlar
"Red Bull" komandasının heyətində dördqat “Formula-1” çempionu olan niderlandlı pilot Maks Ferstappen düşündüklərini açıq deməyin və dürüst qalmağın onun üçün niyə vacib olduğunu izah edib.
TodayPress TV "BBC"yə istinadən xəbər verir ki, təcrübəli pilot idman növündəki siyasətə baxmayaraq, özü kimi qalmağa üstünlük verdiyini bildirib:
“Mən sadəcə özüm olmaq istəyirəm. Bilirəm ki, “Formula-1”də və komandalar arasında çoxlu siyasət var. Hər kəs komandasının harada üstünlüyə malik olduğu və ya olmadığı barədə öz mövqeyini müdafiə edəcək. Bu normaldır. Eyni hal mühərriklərə və şassiyə də aiddir.
Hər şey yaxşıdırsa – yaxşıdır, pisdirsə – pisdir. Məndən hər zaman bunu eşidəcəksiniz, çünki bu cür davranmağa üstünlük verirəm. Və mən heç nəyi gizlətmirəm”.
Namiq HUN