Ferstappen “Red Bull”un acı reallığını açıqladı
“Red Bull” komandasının pilotu Maks Ferstappen “Formula-1” üzrə Niderland Qran-prisinin nəticələrini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.
Dördqat dünya çempionu Zandvortda keçirilən əsas yarışın ilk dövrəsində qəza səbəbindən mübarizəni dayandırıb. Ferstappen komandanın hazırkı sürətinə görə daha böyük nəticə gözləməyin real olmadığını bildirib:
“Özümü pis hiss edirdim. İndi bir həftəlik fasiləni səbirsizliklə gözləyirəm ki, toparlana bilim. Çünki həqiqətən özümü yaxşı hiss etmirdim.
Bu mərhələdə daha çoxunu istəyərdim, amma realist olmaq lazımdır. Bu mövsüm sürət baxımından dördüncü komandayıq. Ona görə də Zandvorta gəlib birdən-birə möcüzə yaratmaq mümkün deyil. Vəziyyət belədir. Digər komandalar yenilənmələr gətirdilər, biz isə gətirmədik. Onsuz da geridə qaldığınız zaman vəziyyət daha da çətinləşir. Buna görə də baş verənlər təəccüblü deyil. Bu, hazırda yaşadığımız reallıqdır”.
Namiq HUN