Ferstappen: “Ən sürətli bolid üçün hər şeyə razıyam”

İdman

07.11.2025 14:45

“Formula-1”üzrə dördqat dünya çempionu, “Red Bull” komandasının pilotu Maks Ferstappen mövsümün sonuna dörd mərhələ qalmış titul şanslarını və “Mclaren”də pilotlar arasında olan bərabərlik vəziyyətini şərh edib.

TodayPress TV xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb. 

Maks Ferstappen çempionluq uğrunda mübarizədə “Mclaren” pilotlarının yaşadığı vəziyyətdə olmağa razı olduğunu bildirib:

“Düşünürəm ki, müəyyən mənada bu xoşdur. Amma digər tərəfdən, mən artıq uzun müddətdir bu komandadayam, bir-birimizi yaxşı tanıyırıq və birlikdə çox uğurlar qazanmışıq. Buna görə də, bəli, çempionluq şansımız var və biz onu dəyərləndirmək üçün əlimizdən gələni edirik. Təbii ki, ‘Mclaren’də iki pilot arasında müəyyən diqqət dağınıqlığı ola bilər, amma eyni zamanda onların çox sürətli bolidi var.

Əgər məndən soruşsaydılar, hansını seçərdim — mən o diqqət dağınıqlığını seçərdim! 

Fərqi yoxdur, mənə sadəcə ən sürətli maşını verin, mən onunla lazım olduğu qədər sürətli gedərəm”.

Namiq HUN

TodayPress TV 

tag: Formula-1,Maks Ferstappen,Mclaren,Pilot,Todaypress.tv,