“Ferrari”də vəziyyət qızışır: Hemiltondan gözlənilməz tələb!

“Ferrari”də vəziyyət qızışır: Hemiltondan gözlənilməz tələb!
15.09.2026 17:09 İdman

“Ferrari”nin “Formula-1” üzrə dünya çempionatının yeddiqat dünya çempionu Lyuis Hemilton komandanın trasda çalışan bir neçə əməkdaşının dəyişdirilməsini istəyib.

TodayPress TV xəbər verir ki, “Corriere della Sera”ya istinadən xəbər verir ki, britaniyalı pilotla “Ferrari” komandasının rəhbəri Frederik Vassör arasında  münasibətlər pisləşib. 

Bildirilir ki, komandanın son nəticələri də vəziyyəti daha da çətinləşdirib.

Məlumata əsasən, Hemilton komandanın tras heyətində bir neçə əməkdaşın dəyişdirilməsini tələb edib. Bununla belə, sözügedən iddia ilə bağlı “Ferrari” tərəfindən rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, “Formula-1”də 14 mərhələdən sonra Hemilton pilotlar sıralamasında üçüncü pillədə qərarlaşıb. Britaniyalı sürücü lider “Mercedes” pilotu Andrea Kimi Antonellidən 81 xal geri qalır. Hemiltonun komanda yoldaşı Şarl Lekler isə beşinci yerdədir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər