“Ferrari” üçün Monako şansı: Hemiltondan inamlı sözlər
Lyuis Hemilton Monako Qran-prisi öncəsi “Ferrari” komandasının şanslarını dəyərləndirib.
TodayPress TV xəbər verir ki, bu bardə “GPblog” məlumat yayıb.
7 qat dünya çempionu bu trasın komanda üçün əlverişli ola biləcəyini bildirib:
“Bu elə trasdır ki, burada güc əsas rol oynamır. Düşünürəm ki, burada hər şey daha çox maşının effektivliyindən asılıdır. Fikrimcə, bizim maşın orada həqiqətən güclü ola bilər.
Mən məqsədimə fokuslanıram ki, həmin həftəsonuna eyni enerji və yanaşma ilə gedim və mühəndislərlə sıx işləyərək maşını ilk sərbəst yürüşdən düzgün sazlamaya gətirim.
Əgər güc fərqini çıxsaq, biz bu rəqiblərlə mübarizə apara bilirik. Amma hazırda vəziyyət elə deyil. Bəzən düşünürəm: ‘Mənə daha çox güc lazımdır’.
Çünki döngələrdə onların tempinə çata bilirəm, amma düzlüklərdə geridə qalıram. Sonra əyləcdə yenidən yaxınlaşıram, yenə düzlüklərdə itirirəm. Bu çox çətindir”.
Namiq HUN