“Ferrari” rəhbərlərindən “Formula-1” komandasına ciddi siqnal
“Ferrari” şirkətinin rəhbəri Con Elkan və baş direktor Benedetto Vinya “Formula-1” komandasının üzvləri ilə görüşmək üçün Maranelloya gəlməyi planlaşdırırlar.
TodayPress TV xəbər verir ki, bu barədə Sky Sport məlumat yayıb.
Bildirilir ki, rəhbərlik “Skuderiya”nın cari mövsümdəki zəif nəticələrini müzakirə etməyi nəzərdə tutur.
Cari mövsümdə “Ferrari” komandası cəmi beş podium qazanıb. Onların hamısı Şarl Leklerin hesabındadır. Komandanın digər üzvü, yeddiqat dünya çempionu Lyuis Hemilton isə karyerasının ən zəif mövsümünü keçirir. “Ferrari” komandasının bolidi “McLaren”, “Red Bull” və “Mercedes”lə müqayisədə rəqabət qabiliyyəti göstərə bilmir.
Namiq HUN