“Ferrari” Lyuis Hemiltonla vidalaşacaq?
“Ferrari” komandası Lyuis Hemiltonla əməkdaşlığı dayandırmaq istəyir.
TodayPress TV xəbər verir ki, bu barədə sport.rambler.ru nəşri məlumat yayıb.
Bildirilir ki, Hemilton ilin əvvəlində “Ferrari”yə qoşulsa da, komandaya xeyri dəyməyib. Yeddiqat dünya çempionu o zamandan indiyədək “Formula-1” yarışlarında azarkeşləri məyus edib.
Britaniyalı pilot son 20 yarışda dördüncü yerdən yuxarı qalxa bilməyib.
Namiq HUN